"800 manat itirdik" - Sevil və Sevinc

"800 manat itirdik" -  Sevil və Sevinc
13:46 30 Noyabr 2016
348 Şou
Ölkə mətbuatı
A- A+

Müğənnilər Sevil və Sevinc Səfərovalar pul itirdiklərini deyiblər.

Axşam.az-ın məlumatına görə, əkizlər “Hər şey daxil” verilişində bildirib ki, anası onları danlayıb:

“800 manat pul itirdik. Yaddaşım yoxdur, harasa qoyuram, sonra yadımdan çıxır. Gecə anam bizi o qədər danladı ki... Qardaşım tez gəlib, bizə kömək etdi. Anama dedi ki, bacılarımla işin yoxdur, sən bir ovuc qızıl itirəndə nəsə dedik?

Bizi nə vaxt qardaşım işə gətirir günümüz uğurlu keçir. Səhərlər bizim üçün gözəl yemək də hazırlatdırır”.

Sevil və Sevinc daha sonra anasından şikayət edib:

“Özümüz yemək hazırlaya bilmirik. Anamın da bişirdiyi yeməkləri sevmirik. Əmim arvadı dadlı bişirir. O etməsə, yemək yemirik.

Anam ev təmizləyəndə də hər yeri dağıdır. Bir də görürük əmim arvadlarını çağırıb yığıb ki, kömək etsinlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR