Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu qədər futbolçu öldü, onlar pul qazanmağa çalışdı - FOTO

Bu qədər futbolçu öldü, onlar pul qazanmağa çalışdı -   FOTO

Date: 30 November 2016 13:47

Bütün dünyanı yasa boğan təyyarə qəzası ilə bağlı şok bir xəbər ortaya çıxıb. Fanat.Az xəbər verir ki, 75 nəfərin öldüyü qəzanı fürsətə çevirib pul qazanmaq istəyənlər var.


Belə ki, Braziliyada 3 günlük matəm elan edilməsinə səbəb qəzadan bir neçə saat sonra satışdakı "Şapekoense" formalarının qiymətləri artırılıb. Məlumata görə, klubun formalarını satan Braziliya şirkəti qiymətləri ikiqat artırıb.


"Netshoes" adlı şirkət qəzadan sonra formaların satışının artacağını planlaşdıraraq bu vəziyyəti fürsətə çevirməyə başlayıb. 129,90 Braziliya realı (təxminən 65 manat) olan formalar satışa 249,90 Braziliya realına (təxminən 130 manat) qoyulub. Şirkətin bu addımı etirazlara səbəb olub.



Fanat.Az


Tags:  futbolçu öldü onlar pul qazanmağa çalışdı FOTO

RƏYLƏR


Top news