"TransTech Capital LLP" şirkətinin nümayəndəsi BBF-də olub

"TransTech Capital LLP" şirkətinin nümayəndəsi BBF-də olub
13:52 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ "TransTech Capital LLP" şirkətinin baş tərəfdaşı Mahmut Sinoplu “Baku Business Factory”nin (BBF) qonağı olub.
“Report” xəbər verir ki, M.Sinoplu “Baku Business Factory”nin İdarə Heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədovla görüşüb.
Görüş zamanı "TransTech Capital LLP" şirkətinin baş tərəfdaşına BBF şirkətində yaradılmış şərait barədə məlumat verilib. M.Sinoplu BBF-də olan layihələrlə tanış olub, iki şirkət arasında təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənintəşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.





Xəbərin orijinal ünvanı: https://report.az/biznes/transtech-capital-llp-sirketinin-numayendesi-bbf-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR