Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən üçmərtəbəli qızların özəl internat məktəbinin yataqxanasında baş verən yanğınla bağlı 6 nəfər tutulub.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, Adana şəhərinin prokuroru Əli Yeldan bildirib.
Prokurorun sanksiyası ilə yataqxananın müdiri, 3 tərbiyəçi-müəllim və 2 xidmətçi həbs edilb.
Qeyd edək ki, ötən gecə baş verən yanğın nəticəsində 11 qız şagird və 1 müəllim ölüb, 22 nəfər isə xəsarət alıb.