Nazir: "SOCAR-ın qaz təsərrüfatında gəlirləri çox cuzidir"

Nazir: "SOCAR-ın qaz təsərrüfatında gəlirləri çox cuzidir"
14:02 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ SOCAR-ın əsasən qaz hasilatı və paylanması ilə bağlı əldə etdiyi gəlirlər çox cüzidir. "Report"un verdiyi məlumata görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. 
"Hətta, kommunal xidmətlərin qiymətinin artımından sonra Şirkətin əldə edəcəyi gəlirlər yalnız xərclərin bağlanmasına imkan yaradır", - deyə nazir əlavə edib.
S.Şərifov əlavə edib ki, "Azərenerji"nin SOCAR-a qalan borcu dövlət büdcəsi hesabına ödəniləcək: "Kommunal xidmətlərin qiymətlərinin artırılmasının təsirləri qiymətləndirilib. Mənfi təsirlərin yumşaldılması üçün əlavə sosial yardımlar göstəriləcək. Əlavə gəlirlər hesabına ünvanlı sosial yardıma əlavə vəsait ayrılacaq və ehtiyac meyarı artırılacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/nazir-socar-in-qaz-teserrufatinda-gelirleri-cox-cuzidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR