"Neftçi"ni yıxanlardan qələbə şərhi

"Neftçi"ni yıxanlardan qələbə şərhi
14:07 30 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” üzərində qazanılan qələbəyə Orxan Əliyevlə Julien Ebahın töhvəsi xüsusi oldu (2:0).  Fanat.Az xəbər verir ki, məhz bu futbolçuların vurduğu qollar “Kəpəz”i qələbəyə daşıdı. 


Əliyev ilk yarıda, kamerunlu isə fasilədən sonra fərqləndi. kapazpfc.az saytına açıqlama verən hər iki futbolçu matçla bağlı fikirlərini bölüşüb.


Orxan Əliyev: “Oyuna qələbə üçün çıxmışdıq və qarşıya qoyulan vəzifənindən öhdəsindən gəldik. Yaxşı komanda olduğumuzu, qalib gələ bildyimizi bir daha göstərdik. Qol vura bildiyimə görə sevinirəm. İmkan düşdü və mən fürsətdən lazımınca yararlandım. Hiss edirəm ki, oyundan-oyuna təcrübəm artır, qarşıdakı görüşlərdə də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Qolların sayını artırmaq lazımdır”.


Julien Ebah: “Matça üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla “Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını da almaq istəyirdik. Bunu da bacardıq. Rəqibə qarşı fərqli oyun göstərdik və qol şanslarından maksimum istifadə etdik. Ümumiyyətlə, çox çətin qarşılaşma oldu. İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotni-yxanlardan-qlb-rhi-t54582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR