ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) XX əsrə aid onlarla məxfi xəritəyə açıq girişi təmin edib.
Publika.az xəbər verir ki, bu haqda “Popular Mechanics” nəşri bildirib.
Xəritələr arasında xüsusi halda 1941-1942-ci illərdə rus cəbhəsi, 1945-ci ildə Yaponiyanın təsir zonası və 1945-ci ildə Berlinin işğal zonaları, 1956-cı ildə Antarktidanın mənimsənilməsi və 1962-cidə Kubada raketlərin yerləşdirilməsi var.
Bundan başqa, MKİ rəsmi və ya məxfiləşdirilmiş tədbirlərdən bir neçə şəkil təqdim edib. 1961-ci ildə ABŞ prezidenti Con Kennedinin Vyetnam xəritəsi, 1970-ci ildə isə Riçard Niksonun Kamboca xəritəsi fonunda çəkilən şəkillərə açıq girişi təmin edilən şəkillər arasındadır.
Ömər Dağlı