İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib

İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib
14:14 30 Noyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, başsağlığında deyilir:

 

“Hörmətli cənab Prezident,

Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR