Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub

Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub
14:22 30 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
"Report"un Qərb bürosu xəbər verir ki, E.Vəliyev qonağa Gəncənin "Avropa 2016-cı ilin Gənclər Paytaxtı" seçilməsi, şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib. Eyni zamanda icra başçısı qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb.
M.Kindsqrab vurğulayıb ki, Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İkigünlük səfəri çərçivəsində “Gəncə Avtomobil zadovu”nda və “Şərab zavodu”nda olduqlarını qeyd edən səfir ADAU-da Almaniyada təhsil almış və təcrübə keçmiş tələbələrlə görüşdən məmnun qaldığınıı deyib. M.Kindsqrab Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmli olduğunu söyləyərək, Gəncədə Kəlbəcərdən olan qacqın və məcburi köçkünlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. Texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət və başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/almaniya-azerbaycan-ikiterefli-elaqelerinin-inkisaf-etdirilmesi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR