AMB sədri: "Cari əməliyyatlar balansı sıfıra yaxınlaşdırılıb"

AMB sədri: "Cari əməliyyatlar balansı sıfıra yaxınlaşdırılıb"
14:27 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansında cari əməliyyatlar balansı tarazlığa çox yaxındır, balans sıfıra yaxınlaşdırılıb.
"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.
"Kapital əməliyyatları balansında isə problemlər var. Buna da səbəb çoxdan toplanmış borclardır. Azərbaycan Beynəlxalq Bankının xarici borclanması var ki, onu verməliyik. Bir sözlə, səbəb köhnədən qalmış borc problemidir. Hazırda tədiyyə balansının yeni neft qiymətlərinə uyğunlaşdığını demək çətindir", - deyə E.Rüstəmov qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cari-emeliyyat-balansi-sifira-yaxinlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR