Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib” - Ramiz Mehdiyev

“Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib” - Ramiz Mehdiyev

Date: 30 November 2016 14:29

“2016-ci il aprel hadisələrindən sonra ErmənistanAzərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində bildirilir.

 

Müəllif qeyd edib ki, nə iki ölkə prezidentlərinin görüşləri, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verib.

 

“Qarabağ probleminin həllində, danışıqların bərpasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kim söz verə bilməz ki, Dağlıq Qarabağdakı atəşkəs rejimi gələcəkdə ədalətli sülhlə nəticələnəcək. Axı əslində müharibə nə cəbhədə, nə diplomatik, nə də media məkanında bitib. Kimlər üçünsə Dağlıq Qarabağ uğrunda münaqişə biznes kimi, çirkin biznes və çirkin siyasət yürütmək baxımından sərf edir”, - deyə məqalədə vurğulanıb.  


Tags:  Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib Ramiz Mehdiyev



RƏYLƏR


Top news