Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ankara prokurorluğu terrorçu PKK-nın 68 dəstəbaşçısı barədə ömürlük həbs cəzası istəyib

Ankara prokurorluğu terrorçu PKK-nın 68 dəstəbaşçısı barədə ömürlük həbs cəzası istəyib

Date: 30 November 2016 14:32

Bakı. 30 noyabr. REPORT.AZ/ Ankara Şəhər Prokurorluğu bu ilin fevralında Türkiyə paytaxtının Mersaim küçəsində törədilən terror aktıyla əlaqədar terrorçu PKK qruplaşmasının rəhhbərliyində təmsil olunan 68 nəfər haqqında cinayət işini məhkəməyə təqdim edib.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, prokurorluğin ittihamnaməsində terrorçu qruplaşmanın Avropadakı başçılarından Zübeyr Aydar və Remzi Kartal, bu terrorçu qruplaşmanın Suriyadakı qollarından biri, PYD-nin başçısı Salih Müslim, PKK-nı idarə edənlərdən Cemil Bayık, Murat Karayılan və Fehman Hüseynin də adı var.
İttihamnaməyə əsasən, prokurorluq onların 30 dəfə ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, onlar hərbçilərə məxsus avtomobilin keçdiyi küçəyə partlayıcı düzməkdə ittiham olunurlar. Rəsmi məlumata görə, həmin terror aktı nəticəsində 99 nəfər ölmüş, 500 nəfər isə yaralanmışdı.
Ankara şəhəri Tibb Palatası əməkdaşlarının məlumatına görə isə terror nəticəsində 106 nəfər həyatını itirib.


Tags:  Ankara prokurorluğu terrorçu PKK-nın 68 dəstəbaşçısı barədə ömürlük həbs cəzası istəyib


RƏYLƏR


Top news