Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sevgilimin sayəsində çətinlikləri aşmışam" - Günay

"Sevgilimin sayəsində çətinlikləri aşmışam" -  Günay

Date: 30 November 2016 14:41

“Elə bilirsiniz, müğənniyəm deyə, yemək bişirə bilmirəm? Elə dadlı yeməklər edirəm ki... Məhərrəmlikdə ev işlərinə daha çox vaxtım oldu, seriala da baxıram, yemək də edirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.

Sənətçi sevgilisindən danışıb. O, “Sevgilin üçün hansı yeməyi hazırlamısan” sualına belə cavab verib:

“Daha çox restorana şam yeməyinə gedirik. Amma o da mənim üçün yeməklər hazırlayır. Əlinin duzu var, dadlı edir. Yemək barəsində ondan çox şey öyrənmişəm. Bildiyimiz yeməklərin çoxunu bişirmişəm".

G.İbrahimli sevgilisinin ünvanına təriflər yağdırıb:

"Həddindən artıq yaxşı insandır. Bizdə sevgiylə iş bitmir. Mənim həm dostum, həm də dayağımdır. O insanın sayəsində çətinlikləri aşmışam. Hər zaman ona minnətdaram".


Tags:  Sevgilimin sayəsində çətinlikləri aşmışam Günay


RƏYLƏR


Top news