Naməlum silahlılar Atlantik okeanında göyərtəsində Rusiya və Ukrayna vətəndaşlarının olduğu gəmiyə hücum ediblər.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, hadisə Benin sahillərində baş verib: "Benin hökuməti hələlik faktı təsdiq etməyib. İlkin ehtimallara görə, gəmi piratların və ya dəniz quldurlarının hücumuna məruz qalıb. Benin hökumətindən məsələ ilə bağlı açıqlama gözləyirik. 2015-ci ildə də oxşar hadisə baş vermişdi. Ümumiyyətlə, Qvineya körfəzində bu kimi hadisələr tez-tez olur".
Milli.Az