Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ötən il qaz təsərrüfatında 28 mln. manatlıq təmir işləri aparılıb

Azərbaycanda ötən il qaz təsərrüfatında 28 mln. manatlıq təmir işləri aparılıb

Date: 30 November 2016 14:52

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda 2015-ci il ərzində qaz təsərrüfatı üzrə 28,26 mln. manat həcmində əsaslı təmir işləri yerinə yetirilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci il üzrə illik hesabatına istinadən xəbər verir ki, “Azəriqaz” İB tərəfindən 16,402 mln. manat və Qaz İxrac İdarəsi tərəfindən 11,858 mln. manat həcmində əsaslı təmir işləri yerinə yetirilib.
Hesabata əsasən, “Azəriqaz”ın TTİ tərəfindən isə 5,645 mln. manat təmir işləri görülüb: “2015-ci ildə 30 015 ədəd qaz sayğacı quraşdırılıb, 518,7 km müxtəlif diametrli qaz kəmərləri təmir edilib. Hesabat ilində əsaslı təmir işləri iki istiqamətdə yerinə yetirilib: birinci istiqamət - qaz itkilərini azaltmaq üçün yararsız qaz kəmərlərinin əsaslı təmiri, ikinci istiqamət - mənəvi cəhətdən köhnəlmiş qaz təsərrüfatı üzrə kommunikasiya sisteminin yenilənməsi istiqamətində yerinə yetirilən əsaslı təmir işləri olub”.


Tags:  Azərbaycanda ötən il qaz təsərrüfatında 28 mln manatlıq təmir işləri aparılıb

RƏYLƏR


Top news