Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milyonçu aktyor metroda - fotolar

Milyonçu aktyor metroda - fotolar

Date: 30 November 2016 15:06

Kino dünyasının son zamanlar ən çox qazanan ulduzlarından olan Eddi Redmeyn London metrosunda görünüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Oskar", BAFTA, "Toni" kimi nüfuzlu mükafatlar qazanan 34 yaşlı milyonçu aktyor metroda rahat şəkildə oturaraq qəzet oxuyub. Onu tanıyan sərnişinlərdən bir neçəsi fotosunu çəkib.



Aktyor bundan bir müddət əvvəl də metroda görüntülənmişdi.



Qeyd edək ki, keçən il "Hər şeyin nəzəriyyəsi" filmi ilə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" qazanan Eddi bu il də "Danimarkalı qız" filmi ilə eyni mükafata namizəd olmuşdu.


Aktyor Hanna Baqsşou ilə evlidir və bir qızı var.


Tags:  Milyonçu aktyor metroda fotolar

RƏYLƏR


Top news