“Kəpəz”i cəzalandırdılar - “Neftçi”yə görə

“Kəpəz”i cəzalandırdılar -   “Neftçi”yə görə
15:07 30 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının XIII turunun oyunlarında qeydə alınan neqativ hallar hüquqi qiymət verilib.

 

AZAL – “Sumqayıt” matçında 4 futbolçusu sarı vərəqə alan qonaq komanda 800 manat cərimə olunub. “Tayyarəçilər”in oyunçusu Adan Koronado 85-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat məbləğində cərimə kəsilib.

 

“Zirə” – “İnter” duelində hər iki komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığından, paytaxt təmsilçilərinin hər biri 800 manat cərimələnib. Görüşün 66-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydançadan qovulan “bankirlər”in müdafiəçisi Adrian Skarlatake 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimələnib.

 

“Kəpəz” – “Neftçi” oyununda meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimələnib. 

 

Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpzi-czalandrdlar-t54586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR