Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Gürcüstan Dəmir Yolları" və "Neft və Qaz Korporasiyası"nın səhmləri satışa çıxarılır

"Gürcüstan Dəmir Yolları" və "Neft və Qaz Korporasiyası"nın səhmləri satışa çıxarılır

Bayram günlərində dəmir yolunda gücləndirilmiş rejim tətbiq olunacaq (15 Mart 2017 10:19)
Bakı-Böyük Kəsik istiqamətində daha 10 km yol yenilənir (09 Mart 2017 09:52)
Norveç Neft Fondu "Petkim"in səhmlərinə investisiya yatırıb (03 Mart 2017 18:12)

Tarix: 30 Noyabr 2016 15:07

Bakı. 30 noyabr. REPORT.AZ/ Gürcüstan hökuməti "Gürcüstan Dəmir Yolları" ASC və "Neft və Qaz Korporasiyası" ASC-nin 25%-lik səhm paketlərini satmaq qərarına gəlib. "Report"un "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə ölkənin maliyyə naziri Dmitriy Kumsişvili çıxış edib. 
Nazir bildirib ki, "Gürcüstan Dəmir Yolları" və "Neft və Qaz Korporasiyası" şirkətlərinin səhmlərinin 1/4-nin birjada yerləşdirilməsinə dair qərar qəbul olunub: "Biz bunun London və ya Şanxay birjalarında olacağını düşünürük. Bu, açıq yerləşdirmə olacaq və hər hansı konkret şəxslərin mənafelərindən söhbət gedə bilməz".
Bununla yanaşı, D.Kumsişvili səhmlərin dəyəri barədə məlumat verməyib. Qeyd edək ki, hazırda hər iki şirkətin səhmlərinin 100%-i dövlətə məxsusdur.

Teqlər:  Gürcüstan Dəmir Yolları Neft Qaz Korporasiyasının səhmləri satışa çıxarılır



RƏYLƏR


Top xəbərlər