Bakı. 30 noyabr. REPORT.AZ/ "Mən sadələşdirilmiş verginin tərəfdarı deyiləm. Düşünürəm ki, bu, ədalətli vergi deyil".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "PwC Azerbaijan" şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.
A.Quliyev bildirib ki, sadələşdirilmiş vergi yayınmalara da şərait yaradır: "Ən ədalətli vergi - mənfəət vergisidir".