İdmançılar arasında imtahan keçirildi - FOTO

İdmançılar arasında imtahan keçirildi - FOTO
15:08 30 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 27-də Azərbaycan Real Aykido Federasiyasının təşkilatçılığı ilə müxtəlif idman dərəcələrinə imtahan keçirilib.

İmtahanda Federasiyanın fəaliyyətdə olan 6 klubundan 100-ə yaxın idmançı iştirak edib.

İmtahandan uğurla keçənlər 2017-ci ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan Real Aykido üzrə 5-ci beynəlxalq seminar və kəmərə imtahanda iştirak etmək hüququ qazanıblar. Uğurlu çıxış edən idmançılar sertifikatla təltif olunublar. Məşqçilər isə Federasiya tərəfindən xüsusi təşəkkürnamə alıblar.

Qeyd edək ki, bu cür tədbirlər respublikamızda ildə iki dəfə keçirilir. Respublika daxili imtahanı Azərbaycan Real Aykido Federasiyasının prezidenti, 4-cü Dan qara kəmər ustası Fariz Abdullayev, Beynəlxalq tədbirdə isə Ümumdünya Real Aykido Federasiyasının prezidenti, 6-cı Dan qara kəmər ustası Sanja Vracarevic və Real Aykido üzrə professor, 6-cı Dan qara kəmər ustası İqor Petrovic qəbul edirlər.







Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR