Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nyu-Yorkda Donald Trampa etiraz olaraq dövlət bayraqları yandırılıb

Nyu-Yorkda Donald Trampa etiraz olaraq dövlət bayraqları yandırılıb

Date: 30 November 2016 15:12

Nyu-York şəhərində bir qrup etirazçı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa etiraz olaraq dövlət bayraqlarını yandırıblar.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu addım D.Trampın bayraq yandırmaya qarşı ciddi cəzaların tətbiq olunacağı barədə açıqlamasına cavab olaraq atılıb.

Bundan əvvəl D.Tramp "Twitter" səhifəsində Amerika bayraqlarını yandıranların həbs olunması və ya vətəndaşlıqdan çıxarılmasının vacibliyini vurğulamışdı.

ABŞ qanunvericiliyinə əsasən, dövlət bayraqlarının yandırılması cinayət yox, etiraz forması kimi qiymətləndirilir.

Milli.Az


Tags:  Nyu-Yorkda Donald Trampa etiraz olaraq dövlət bayraqları yandırılıb

RƏYLƏR


Top news