“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib
15:12 30 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı, yazıçı, əməkdar jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimat mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirdə dövlət rəsmiləri, nazirlər, deputatlar, universitet rektorları, baş redaktorlar, iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir.
Qeyd olunub ki, açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir. Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/i-lham-eliyev-prezidentin-portreti-deyisiklikler-fonunda-kitabinin-teqdimat-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR