"Zirə"yə texniki məğlubiyyət verildi

"Zirə"yə texniki məğlubiyyət verildi
15:17 30 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif ölkə birincilikləri ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: 


U-14 Liqasında “Kürdəmir” Gİİ – UGİM (Göyçay) matçının 42-ci dəqiqəsində UGİM klubunun futbolçusu Vasif Yusifov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. 

U-13 Liqasının TİM UĞUR (Gəncə) – “Kəlbəcər” (Gəncə) matçında "Kəlbəcər" iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-10 Liqasının Təhsil FM (Bakı) – “Zirə” FK (Bakı) matçında "Zirə" iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzirquoty-texniki-mlubiyyt-verildi-t54588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR