"Övladlarım arasında fərq qoymuram" - hamilə olan xalq artisti

"Övladlarım arasında fərq qoymuram" -  hamilə olan xalq artisti
15:31 30 Noyabr 2016
216 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Gülyanaq Məmmədova “10-dan sonra” verilişinin qonağı olub.
 
Axşam.az-ın məlumatına görə, müğənni səhər efirlərində mahnı oxumaqdan çəkinən həmkarlarından danışıb:

“Birdən efirə çıxıb deyirlər ki, “səsim yerində deyil, oxuya bilmərəm”. Səsi qorumaq lazımdır. Səhər efirdəsənsə, gərək axşam yağlı yeməyəsən. Səsin öz pəhrizləri var, buna əməl edilməlidir. Yaxşı yatmalı, əsəblərini yerində saxlamalısan. Səsi sənə Allah veribsə, niyə oxumamalısan?”.

Dördüncü dəfə ana olmağa hazırlaşan G.Məmmədova "Övladların arasında fərq qoyursan" sualına belə cavab verib:

“Ailədə balacanı çox əzizləyirlər. Amma böyüyü də sığallamalı, əzizləməlisən ki, inciməsin. Bir övladımı qucaqlayanda, o birisini də tez öpmüşəm ki, fərq hiss etməsin. Övladlarım arasında fərq qoymuram".




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR