30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür
15:35 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Hər il 30 noyabr tarixində Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü qeyd edilir. 1988-ci ilin məhz bu günündə ilk kütləvi kiberhücum həyata keçirilib. ABŞ-ın Kornell Universitetinin aspirantı Robert Morris tərəfindən yaradılmış tarixdə ilk şəbəkə soxulcanlarından biri ABŞ-da “ARPANET”-in (müasir internetin prototipi) 6 min qovşağın işini iflic etmişdi.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, bundan sonra zərərverici proqram "Morris soxulcanı" adı ilə tarixə düşüb, internet istifadəçiləri isə ilk dəfə kompüterlərində saxlanılan məlumatların təhlükəsizliyi barədə düşünməyə başlayıblar. Hesablama Texnikası Assosiasiyası kibertəhlükəsizlik məsələlərinə diqqət cəlb etmək məqsədi ilə Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününü təsis edib.

Bu günü fərdi məlumatların müdafiəsinin gücləndirilməsinə vaxt ayırmaqla qeyd etmək lazımdır. Müxtəlif xidmətlərdə avtorizasiya üçün müxtəlif qeydiyyat məlumatlarından istifadə olunmasına, parolların etibarlılığına (təəssüf ki “12345678” əvvəlki tək dünyada ən populyar parollardan biridir) əmin olmaq lazımdır. Həmçinin kompüterə qurulmuş antivirus proqramlarının bazasını yeniləmək, sənəd və şəkillərin ehtiyat surətlərini çıxarmaq tövsiyə edilir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44651-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR