Vergi Məcəlləsinə yeni dəyişikliklər ictimaiyyətə açıqlanmayıb

Vergi Məcəlləsinə yeni dəyişikliklər ictimaiyyətə açıqlanmayıb
15:42 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ "Təəssüf olsun ki, Vergi Məcəlləsinə edilən son dəyişiklik ictimaiyyətə açıqlanmayıb. Məlumat, şayiələr var ki, Vergilər Nazirliyi inzibatçılığı sərtləşdirir". 
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli sərəncamına uyğun olaraq Vergilər Nazirliyinin hökumətə verdiyi təkliflərlə bağlı yayılan məlumatlara aydınlıq gətirən "PwC Azerbaijan" şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, Nazirliyin inzibatçılığı sərtləşdirməsi ilə bağlı yayılan məlumatlara müxtəlif kontekstdən yanaşmaq olar: "Hətta şayiələr yayılır ki, bu təkliflər yalnız Prezidentin sərənacamının yerinə yetirilməsi üçün "qaloçka"ların qoyulmasıdır. Amma düşünürəm ki, inzibatçılığın sərtləşdirilməsi məsələsinə fərqli kontekstdən baxmaq olar. Əgər bu, vergidən yayınmalara qarşı sərtləşmədirsə, yaxşı haldır, yox əgər bu, biznesin inkişafına mane olacaqsa, bu pis sərtləşmədir".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/vergi-mecellesine-yeni-deyisiklikler-ictimaiyyete-aciqlanmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR