Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək

Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək
15:47 30 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb.

Xatırladaq ki, üzərində ""Erməni soyqırımı"nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində "erməni soyqırımı" davam edir" sözləri yazılmış abidənin açılışı bu il aprelin 26-da olub.

Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar.

Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR