"Bu qərar insanları qənaətcil olmağa çağırır"

"Bu qərar insanları qənaətcil olmağa çağırır"
15:52 30 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

"Tarif Şurasının son qərarı gözlənilən idi. Elektrik enerjisi və qaz sahədəsindəki qiymətlər sonuncu dəfə 9 il bundan əvvəl qoyulmuşdu. Bu illər ərzində əhaliyə bu xidməti həyata keçirən idarələrin xərcləri artıb. Onların xaricdən aldığı avadanlıq və komponentlərin qiyməti dünya bazarında qalxıb. Həmin idarələrdə çalışan insanların əmək haqları, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və vergilər artıb. Bu baxımdan həmin idarələrin gəlirlər işləməsi və üzərinə düşən vəzifəni yerinə yetirməsi üçün bu qiymətlərin qaldırılması gözlənilən idi".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Tarif (qiymət) Şurasının noyabrın 28-də qaz və elektrik enerjisinin qiymətlərinin qaldırılmasına dair qərarını şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, bu diqqəti o da cəlb edir ki, ilk dəfədir, qiymətlər differensial surətdə qaldırılıb: "Yəni müəyyən bir həcmdən, normadan sonra vətəndaş artıq yeni bir qiymət ödəməli olacaq. Bu, əhalinin aşağı gəlirli hissəsinin sosial vəziyyətini qoruyur, eyni zamanda insanları qənəatcil olmağa çağırır. Differensial tarif Avropada və Amerikada çox geniş yayılıb. Avropa ölkələrinin əksəriyyətində gecə vaxtı istifadə edilən elektrik enerjisinin, isti suyun, qazın, internetin xeyli aşağı salınır. Bununla əhalini seçim etməyə çağırırlar".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR