Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

UNEC gələn il "Azeri Light" markalı neftin orta qiymətinin 65 dollar/barel olacağını proznozlaşdırır

UNEC gələn il "Azeri Light" markalı neftin orta qiymətinin 65 dollar/barel olacağını proznozlaşdırır

Date: 30 November 2016 15:57

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb.
Ali təhsil müəssisəsindən “Report”a verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb. Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mən­bə­lə­rinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi münaqişələr, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.
Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib.
“Azeri Light” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir:

İl min orta max 2016 34 49.5 57 2017 48 65 81 2018 67 80,3 94 2019 62 76 79 2020 45 72 98

Tags:  UNEC gələn il Azeri Light markalı neftin orta qiymətinin 65 dollarbarel olacağını proznozlaşdırır


RƏYLƏR


Top news