Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri əməkdaşlıq planı imzaladılar - FOTO

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri əməkdaşlıq planı imzaladılar - FOTO

Lavrov ad gününü jurnalistlərlə qeyd etdi - FOTO (21 Mart 2017 13:32)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransanın İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (15 Mart 2017 10:35)
Azərbaycan-Fransa sənədləri imzalanıb - FOTO (15 Mart 2017 00:32)

Tarix: 30 Noyabr 2016 15:57

Noyabrın 30-da Moskva şəhərində keçirilən MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Şoyqu bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə fəaliyyət göstərirlər. O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd deyib.
Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Milli.Az





Teqlər:  Azərbaycan Rusiya Müdafiə nazirlikləri əməkdaşlıq planı imzaladılar FOTO



RƏYLƏR


Top xəbərlər