Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrailin Türkiyədəki yeni səfiri sabah Ankaraya gedəcək

İsrailin Türkiyədəki yeni səfiri sabah Ankaraya gedəcək

Date: 30 November 2016 16:02

Bakı. 30 noyabr. REPORT.AZ/ İsrailin Türkiyəyə təyin edilən yeni səfiri Eytan Naeh dekabrın 1-də Ankaraya gedəcək, gələn həftə isə etimadnaməsini ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edəcək.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, bu il noyabrın 15-də bu vəzifəyə təyin olunub.
Xəbərə görə, E.Naeh “Mavi Mərmərə” hadisəsindən sonra İsrailin Türkiyədəki ilk səfiri olacaq.
Qeyd edək ki, 2013-cü ildən İsrailin Böyük Britaniyadakı səfirliyinin müşaviri işləyən E.Naeh 1993-cü ildə Türkiyədə çalışıb. O, həmçinin 1999-cu ildə İsrail Xarici İşlər Nazirliyində türk-yunan əlaqələri və Kipr problemi üzrə işləyib. E.Naeh İsrailin Azərbaycandakı səfiri və İsrail Nazirlər Kabinetində də müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Bu il avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.


Tags:  İsrailin Türkiyədəki yeni səfiri sabah Ankaraya gedəcək

RƏYLƏR


Top news