“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilir - FOTO

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilir - FOTO
16:04 30 Noyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili, yazıçı-publisist Elmira Axundovanın  “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlxam Aliev. Portret prezidenta na fone peremen”) kitabının təqdimat mərasimi keçirilir.

 

APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkilləri, media rəhbərləri iştirak edirlər.

 

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə prezident İlham Əliyevin 21-ci əsrin böyük şəxsiyyətlərindən biri olduğunu bildirib.

 

A. Əlizadə kitabda İlham Əliyevin lider kimi keyfiyyətlərindən bəhs olunduğunu nəzərə çatdırıb: "Bu kitab Azərbaycan həqiqətlərinin rus dilində dünyaya çatdırılmasına böyük töhfə verəcək. Kitabın aparıcı dillərə tərcümə edilərək nəşr edilməsinə ehtiyac var".

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov kitabda dəyərli məlumatların əksini tapdığını söyləyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr həm milli, həm də regional və qlobal maraqlara cavab verir".

 

Millət vəkili Musa Qasımlı sabiq prezident Heydər Əliyev, daha sonra bu siyasi kursun layiqli davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu neft strategiyasından danışıb: "Həyata keçirilən neft-qaz siyasəti qeyri-neft sektorunun inkişafına, Azərbaycan xalqının rifahının yüksəldilməsinə xidmət edir".

 

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin prezident İlham Əliyevin qısa dövrdə nəhəng, titanik işlər gördüyünü vurğulayıb: "Bu, böyük talantla, genlə bağlıdır. Əliyevlər ailəsinin həyatı mübarizədə keçib. Heydər Əliyev SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvü olub, bu, kifayət qədər böyük vəzifə idi. Heydər Əliyev çətin şəraitdə bir çox proqramlar həyata keçirdi. Heydər Əliyev Azərbaycanın müstəqillik illərində Gəncəyə getdi və vətəndaş müharibəsinin qarşısını aldı. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir".

 

Tədbir davam edir.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR