Moskva və İrəvan Bakının əleyhinə olan razılaşmaya İMZA ATDI

Moskva və İrəvan Bakının əleyhinə olan razılaşmaya İMZA ATDI
16:13 30 Noyabr 2016
2103 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Moskvada Rusiya və Ermənistan arasında iki ölkənin vahid qoşun birləşməsinin yaradılması ilə bağlı razılaşma imzalanıb.

Publika.az xəbər verir ki, razılaşmanı Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, Ermənistan tərəfdən isə müdafiə naziri Viqen Sarkisyan imzalayıb.

Qeyd edək ki, vahid ordu birləşməsinə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və Ermənistan ordusunun 4-cü korpusu daxil olacaq. Vahid ordu sülh şəraitində Ermənistanın hərbi rəhbərliyinə, müharibə vaxtı isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsinə tabe olacaq.

Ekspertlərə görə, Rusiya bununla Ermənistan ordusu üzərində nəzarəti gücləndirəcək. Bəzi mütəxəssislər isə bu razılaşmanın Azərbaycan əleyhinə olduğunu vurğulayırlar.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR