Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanacaqdoldurma məntəqələrinin min əməkdaşı işsiz qaldı

Yanacaqdoldurma məntəqələrinin min əməkdaşı işsiz qaldı

Date: 30 November 2016 16:42

Ukrayna Dövlət Fiskal Xidməti "BRSM-Nafta" yanacaqdoldurma kompleksi (YDM) şəbəkəsinin 60 yanacaqdoldurma stansiyasına və "BRSM-Nafta"nın neft bazasına həbs qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla da şirkətin təxminən min əməkdaşı işsiz qalıb. YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru Aleksandr Melniçuk noyabrın 29-da vergi orqanının daha 16 obyektin işini dayandırdığını bildirib.

"Vergilərdəki rəhbər şəxslər məhkəmənin "BRSM-Nafta"nın xeyrinə olan qərarlarına riayət etmirlər və şirkət əməkdaşlarının iş yerlərinə keçmələrinə imkan vermirlər. DFX-nin bu hərəkətlərinə cavab olaraq, noybarın 30-da "BRSM-Nafta" kollektivi şirkətə hücumun dayandırılması və DFX-nin sədri Roman Nasirovun istefaya göndərilməsi tələbi ilə etiraz aksiyasına başlayır", - deyə YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru vurğulayıb.

Şirkətdən bildiriblər ki, işçilər dekabrın 1-də Nazirlər Kabineti və Baş Prokurorluq istiqamətində yürüş keçirəcəklər.

Milli.Az


Tags:  Yanacaqdoldurma məntəqələrinin min əməkdaşı işsiz qaldı

RƏYLƏR


Top news