Qadın polis qəza törətdi, 3 nəfər xəsarət aldı - Bakıda

Qadın polis qəza törətdi, 3 nəfər xəsarət aldı - Bakıda
16:44 30 Noyabr 2016
191 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.

Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR