İşsizlərin qənimi - işədüzəltmə agentlikləri

İşsizlərin qənimi - işədüzəltmə agentlikləri
16:47 30 Noyabr 2016
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Peşə sahibi olub işləmək, qazanmaq hər bir insanın istəyidir. Bəli, yaşamaq istəyirsənsə, çalışmalısan, özünün, ailənin maddi tələbatını təmin etməlisən. Amma bəzən bu istəyi reallaşdırmaq heç də asan başa gəlmir, ya zamanı vaxtında dəyərləndirmirsən, ya zəhmətdən qaçıb tənbəllik edirsən, ya da necə deyərlər, uğur özü səndən yan keçir. Bəzən, gerçəkdən, öz peşənə, sənətinə uyğun iş tapmaq müşkülə çevrilir və bu zaman iş axtarmağa başlayırsan. İş yeri axtaranda isə, təbii ki, bir çox vasitələrə əl atır, ayrı-ayrı adamlardan, mənbələrdən, bir sözlə, hər yerdən faydalanmağa çalışırsan.
Yəqin, paytaxtda binaların divarlarında, şəhərin ən müxtəlif göz görən yerlərində, ictimai nəqliyyatda iş elanlarını çox görməyən az adam olar. Belə elanlar sosial şəbəkələr, müxtəlif saytlar vasitəsilə də yayılır. Bu agentliklər adətən telefonla təklif etdikləri iş haqqında ətraflı məlumat vermirlər, işaxtaranları ofisə dəvət edirlər. Milli.Az azerbaijan-news.az-a istinadən xəbər verir ki, "Mansur", "Bəyaz", "Cahan", "İndiqo", "Moon", "Klass", "Uğur" belə agentliklərin yalnız kiçik bir siyahısıdır. Sayları isə çoxdur, hətta o dərəcədə ki, bəziləri, sadəcə, "ofis" adı ilə fəaliyyət göstərir.
 
"Səndən 50 faiz yox, halallıqla 100 manat alacam"
 
"İşədüzəltmə proseduru" ilə yaxından tanış olmaq üçün işaxtaran adı ilə paytaxtdakı işədüzəltmə agentliklərinin bir neçəsinə baş çəkdim. Məqsədim belə büroların hansı hüquqi əsaslarla fəaliyyət göstərməsini araşdırmaq, insanları işlə necə təmin etdiklərini öyrənmək idi. 
İlk baş çəkdiyim ofis Səməd Vurğun bağının yaxınlığında, Puşkin 13-də yerləşən "Mansur" işədüzəltmə agentliyi oldu. Buradakı xanım bir neçə işin adını çəkdikdən sonra aylıq maaş 350 manat olan mühafizə işini məsləhət gördü. İşi "bəyəndim" və xidmətə nə vaxt başlaya biləcəyimi soruşdum. Xanım "müqavilə" bağlamağı və buna görə 10 manat ödəməli olduğumu bildirdi: "Əlaqə nömrənizi qoyun, iki həftəyə sizə xəbər edəcəyik. İşə düzəlsəniz, ilk ayın 50 faizini agentliyə ödəyəcəksiniz". "Təki iş olsun", - deyib razılaşdığımı bildirdim. O isə birinci ayın əməkhaqqının yarısını alana qədər şəxsiyyət vəsiqəmin, ya da hərbi biletin onlarda qalacağını dedi. Sonra da əlavə etdi ki, mühafizəçi formasına görə firmaya da 300 manat ödəməliyəm. Özüm formanı tikdirmək istədiyimi deyəndə qəti etiraz etdi: "Yox, bunu firma özü edəcək".

Nəhayət, bir az fikirləşməli olduğumu deyib kənardan agentliyin digər işaxtaranları, daha doğrusu, müştəriləri necə aldatdıqlarını (buna başqa ad vermək mümkün deyil) izləməyə başladım. Eyni "səhnə" idi. Odur ki, gözləməyin yeri yox idi. Kim olduğumu, məqsədimi açıqladım. Xanım jurnalist olduğumu bilib səs tonunu dəyişdi. Onların hansısa dövlət qurumunun tabeliyində olub-olmadıqlarını, agentlik kimi qeydiyyatdan keçib-keçmədiklərini, insanlardan niyə pul yığdıqlarını və vətəndaşların sənədlərini hansı əsaslarla girov saxladıqlarını soruşdum. Yeri gəlmişkən qeyd edək ki, agentliyin nə kassa aparatı var idi, nə də aldıqları pula görə qəbz verirdilər. Yəqin, elə həm də bu səbəbdən xanım suallarımı cavabsız qoyaraq təlaş içində Dövlət Məşğulluq Xidmətinin tabeliyində fəaliyyət göstərdiklərini, VÖEN-lərinin olduğunu deyib iş vaxtlarının sona çatdığını bildirdi. Mənim isə agentliyi tərk etməkdən savayı əlacım qalmadı. 

"Bəyaz" agentliyinin də oxşar qayda ilə işlədiyinin şahidi oldum. 10 manat bu başdan, 50 faiz də ilk aydan agentliyə ödənməlidir. Ümumiyyətlə, "28 May" metro stansiyasının yaxınlığında eyni adlı küçədə yerləşən bu agentlikdə də eyni mənzərə idi. Adının Pərvanə olduğunu deyən xanım, "Mansur"dan fərqli olaraq, müstəqil agentlik olduqlarını dedi. Qəbz istəyimizə isə əda ilə cavab verərək "Elə bil 3 min manat ödəmisən" deməklə işini bitmiş hesab etdi.

Üçüncü baş çəkdiyim agentlik "Neftçilər" metro stansiyasının yaxınlığındakı Rüstəm Rüstəmov küçəsində yerləşən "Cahan" oldu. Agentlik doqquzmərtəbəli binanın zirzəmisindəki tikiş atelyesində yerləşir. "Cahan"ın da şərti 10 manat və 50 faiz idi. Ancaq etiraf edək ki, burada insaflı idilər. Günü 15 manata (aylıq 450 manat) fəhləliyə "düzəldən" xanım bu iş üçün cəmi 100 manat istədi. Burada da heç bir sənəddən-filandan söz gedə bilməzdi. Kimliyimi deyib konkret suallara keçəndə isə xanım bütün suallarıma qısa cavab verdi: "İş yoxdur, bu gündən fəaliyyətimi dayandırıram". 

Onu da qeyd edək ki, belə büroların əksəriyyəti gözdən, könüldən uzaq yerlərdə - yaşayış binalarının 1-2-ci mərtəbələrində, köhnə binaların həyətində, zirzəmilərdə yuva salır. İşləri də çox sadədir: yüksək maaşlı (300 manatdan 1200 manata qədər) iş təklif etməklə insanları yerləşdikləri ünvana gətirmək. Orada isə dildən pərgar, adamları inandırmağı bacaran xanımlar təklif etdikləri vakansiyaları böyük həvəslə işaxtarana təqdim edirlər. Əgər hər hansı bir işi bəyəndinsə, dərhal anket gəlir masanın üstünə. İşə göndərilmək razılığına görə 10 manat "müqavilə pulu" alınır (əslində, heç bir müqavilə bağlanmır) və deyirlər zəng edəcəyik. Amma çox vaxt nə zəng olur, nə də iş. Yox, əgər, həqiqətən, kimisə işə düzəldirlərsə, buna görə başqa haqq - ilk əməkhaqqının 30 faizindən 60 faizə qədəri tələb olunur. 

Müşahidələr zamanı diqqət çəkən bir məqam da "işədüzəltmə" adı ilə yayılan elanlarda əlaqə vasitəsi kimi əsasən mobil nömrələrin qeyd edilməsi oldu. Öyrəndik ki, aldatdıqları adamlardan gizlənmək, qanunun tələblərindən yayınmaq üçün stasionar telefon onlar üçün əlverişli deyil. Şəhər sakini Mahir Əliyev deyir ki, dükanının yanında balaca bir ofisdə "İndiqo" adında işədüzəltmə agentliyi fəaliyyətə başlamışdı və qısa müddətdə bura iş tapmaq üçün gələnlərdən uzun-uzadı növbələr yaranmışdı: "Hamıdan işə düzəltmək adı ilə 10 manatdan pul yığılırdı. Ancaq çox çəkmədi agentliyin işçiləri aradan çıxdılar, işlətdikləri mobil nömrələri də sındırıb atdılar. Uzun müddət aldadılan adamlar mənim dükanıma gəlib xahiş edirdilər ki, onların yerini deyim. Mən isə, təbii ki, bilmədiyim ünvanı deyə bilməzdim".
 
Dövlət Məşğulluq Xidməti özəl işədüzəltmə şirkətləri və ya agentlikləri ilə əməkdaşlığının olmadığını deyir
 
Məlumdur ki, ölkədə vətəndaşların işlə təmin olunması ilə bağlı fəaliyyət göstərən rəsmi qurum Dövlət Məşğulluq Xidmətidir. Bu xidmətin paytaxtla yanaşı, bütün rayonlarda şöbələri var. Bəs qeyd etdiyimiz agentliklərin Məşğulluq Xidməti ilə hər hansı bir işbirliyi varmı?

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Lüdviq Hüseynov bizimlə söhbətində həmin agentliklərin onlarla heç bir əməkdaşlığının olmadığını dedi: "2001-ci ilə qədər müstəqil fəaliyyət göstərən bir neçə işədüzəltmə bürosu Məşğulluq Xidmətinin lisenziyası ilə fəaliyyət göstərirdi. Bu zaman onların fəaliyyəti nəzarətdə saxlanılırdı, yoxlamalar aparılırdı, hər hansı bir şikayət olanda araşdırılırdı. 2001-ci ildə onların hamısının lisenziyası ləğv olundu və ondan sonra sərbəst, istədikləri kimi fəaliyyət göstərməyə başladılar. Bu gün biz onlara nəzarət etmirik. Amma işaxtaranlara tövsiyə xarakterli məsləhətlər veririk ki, belə şirkətlərə müraciət edəndə ehtiyatlı olsunlar, aldanmasınlar". 

L.Hüseynov onu da bildirdi ki, Məşğulluq Xidmətinin bütün rayonlarda işədüzəltmə mərkəzləri var: "Təkcə bu il Dövlət Məşğulluq Xidmətinə müraciət edənlərdən 52 minə yaxın vətəndaş işlə təmin olunub. Məşğulluq mərkəzlərinə boş iş yerləri haqqında məlumat müəssisələr tərəfindən rəsmi olaraq verilir. Vakant yerlər haqqında məlumat nazirliyin saytında da var və onlar mərkəzlərə müraciət edən hər kəsə təqdim olunur. Şərtlər işaxtaranı qane edirsə, ona göndəriş verilir. Əks halda işaxtaran qeydiyyata alınır və uyğun iş olanda yenidən çağırılır". Öyrəndik ki, işaxtaranlarla bağlı xidmət tərəfindən ayrıca tədbirlər də həyata keçirilir. Məsələn, işaxtaran gənclər peşə hazırlığı kurslarına cəlb olunurlar. Eyni zamanda işaxtaranlara əmək birjaları, əmək yarmarkaları vasitəsilə kömək göstərilir. Təbii ki, bütün xidmətlər pulsuz, yəni dövlət hesabına həyata keçirilir. Üstəlik, işsiz statusu olanlara müavinət verilir.
 
"Hüquqi bir öhdəliyi olmayan təşkilat başqasına necə işləmək hüququ verər?!"
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu barədə danışarkən qeyd etdi ki, belə işədüzəltmə agentlikləri haradasa qeydiyyatdan keçə bilərlər. Ancaq onlar hamısı qanunsuz yaradılmış təşkilatlardır və bu səbəbdən qanun qarşısında cavabdehlikləri yoxdur: "Hüquqi bir bazası olmayan təşkilat başqasını necə işə düzəldir, ona necə işləmək hüququ verir? Onlar insanları aldadırlar, müəyyən qədər vəsait əldə etdikdən sonra müxtəlif bəhanələr gətirib işin alınmadığını deyirlər. Vətəndaşlardan qanunsuz pul alınması, şəxsiyyət vəsiqələrinin girov saxlanılması dələduzluqdur. Bu işlə hüquq mühafizə orqanları ciddi məşğul olmalıdır".
Qeyd edək ki, əmək qanunvericiliyinə və Azərbaycanın tərəfdaş çıxdığı Beynəlxalq Əmək Konvensiyasına görə, işədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən yox, işəgötürəndən pul almalıdır. Bunun üçün işədüzəltmə agentliyi ilk növbədə qanun çərçivəsində fəaliyyət göstərməli və işəgötürənlə müqavilə bağlamalıdır. 

Hər zaman savadlı, bacarıqlı və zəhmətkeş insan üçün iş var. Sadəcə, bu keyfiyyətlərə malik olan hər kəs öz peşəsinə, qabiliyyətinə uyğun iş seçməyi bacarmalıdır. Təbii ki, bir şərtlə: bu zaman haqqında söhbət açdığımız fırıldaqçı agentliklərin toruna düşməmək üçün gözüaçıq olmalıdır. O ki qaldı onların əməllərinə hüquqi qiymətin verilməsinə, ümid edirik və inanırıq ki, bu sahədə də tədbirlər görüləcək və vətəndaşları inamından istifadə edib aldadanlar cəzalarını alacaqlar. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm"

24 İyul 2017 22:52

“Mançester Siti”dən daha bir rekord transfer

24 İyul 2017 22:49

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

24 İyul 2017 22:47

"Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir"

24 İyul 2017 22:42

Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib - FOTO

24 İyul 2017 22:37

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb

24 İyul 2017 22:36

Maşında kondisioner: komfort yoxsa təhlükə?

24 İyul 2017 22:32

Sərxoş qız bacısının ölümünü lentə aldı - VİDEO

24 İyul 2017 22:27

Azərbaycan neftinin SON QİYMƏTİ

24 İyul 2017 22:27

Rusiyada şaxtada partlayış baş verib

24 İyul 2017 22:17

24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır - VİDEO

24 İyul 2017 22:17

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO

24 İyul 2017 22:12

Merilin Monronun indiyədək üzə çıxmayan fotoları

24 İyul 2017 22:12

Mələklərin var olduğunu sübut edən görüntülər-

24 İyul 2017 22:12

Hamı çatmaqaş, hamı çələngli: Dünyanın Frida xoşbəxtliyi - FOTO

24 İyul 2017 22:05

Ən bahalı və ən ucuz ixtisaslar - VİDEO

24 İyul 2017 21:57

"Gəldik ki, yanğınsöndürənlər yaxınlaşa bilmir" - Xaçmazda yanan bazarın görüntüləri - VİDEO - FOTO

24 İyul 2017 21:57

Kosmik hotel layihəsi təqdim olunub

24 İyul 2017 21:52

Oğul övladı arzusunda olanlar -

24 İyul 2017 21:45

Bakıda faciəvi şəkildə ölən tələbənin FOTOSU

24 İyul 2017 21:42

Bakıda qeyri-adi küçə - VİDEO

24 İyul 2017 21:42

İsmayıllıda avtomobil oğurlandı

24 İyul 2017 21:38

Türkiyəli müğənni xəstəxanalıq oldu - FOTO

24 İyul 2017 21:37

Bakıda avtobus qəza törədib - FOTO

24 İyul 2017 21:32

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb - FOTO

24 İyul 2017 21:32

AVRO-2017-nin biletləri satışda!

24 İyul 2017 21:29

İsveçrədə avtomatik mişarla insanlara hücum çəkən şəxsin adı açıqlanıb

24 İyul 2017 21:27

7 yaşlı uşağı it dişləyib

24 İyul 2017 21:27

Əməkdar artist: "Qızıma haqsızlıq etdilər, dözməyib onu sənətdən uzaqlaşdırdım" - FOTO

24 İyul 2017 21:22

Füzulidə su nasos stansiyasının yaxınlığında mina aşkarlanıb

24 İyul 2017 21:19

Daha bir türk serialı başlayır - FOTO

24 İyul 2017 21:17

Ağdamda 7 yaşlı uşağı it dişlədi

24 İyul 2017 21:14

Hollivud ulduzu qazaxların milli geyimində - FOTO

24 İyul 2017 21:12

Tanınmış teleaparıcı müğənniləri ifşa etdi: "Bu artıq naşükürlükdür" - FOTO

24 İyul 2017 21:12

Dünya şöhrətli Ququşun qohumu illərin SİRRİNİ açdı: "Bütün yaxınları ondan imtina etdi" - FOTO

24 İyul 2017 21:05

Reyd zamanı gərgin anlar - VİDEO

24 İyul 2017 21:05

Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub

24 İyul 2017 20:57

Pakistanda partlayış -

24 İyul 2017 20:57

10 min elektron kitabın təqdimatı olub

24 İyul 2017 20:52

Əfsanəvi üzgüçü akula ilə yarışdı və...

24 İyul 2017 20:48

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olub

24 İyul 2017 20:46

IDC - Bakı regionda ən yaxşı "ağıllı şəhər" praktikasına nümunə ola bilər

24 İyul 2017 20:42

Füzulidə mina tapıldı

24 İyul 2017 20:39

Azərbaycanda heyvandarlığın inkişafına dair zona müşavirələri keçiriləcək

24 İyul 2017 20:37

Dağlar qoynundakı təbiət möcüzəsi: Buzluq kəndi - FOTOREPORTAJ

24 İyul 2017 20:37

Blogerlərin kriminal xəbərdə yer alan fotosu BAŞLARINA İŞ AÇDI

24 İyul 2017 20:33

Xaçmazda maşın 8 yaşlı uşağı vurdu

24 İyul 2017 20:29

Neft hasilatının azaldılması barədə sazişin müddəti uzadıla bilər

24 İyul 2017 20:28

"Yuventus" hücumçu alır

24 İyul 2017 20:27

Pakistanda bazarda partlayış: 25 ölü, 53 yaralı

24 İyul 2017 20:24