Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə İŞİD üzvü olan 2 azərbaycanlı tutuldu

Türkiyədə İŞİD üzvü olan 2 azərbaycanlı tutuldu

Date: 30 November 2016 16:52

İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları oktyabrın 27-də "Jay" kod adlı İŞİD-çinin liderlik etdiyi, xarici vətəndaşlardan ibarət qrupun üzvlərinin izinə düşərək onların ünvanlarını tapıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaziantep, Şanlıurfa və Aydındakı ünvanlarda aparılan əməliyyatlar zamanı 12 Rusiya, 2 Azərbaycan, 2 Özbəkistan, 1 Tacikistan, eləcə də 8 Türkiyə vətəndaşı saxlanılıb.

Ədliyyəyə sövq edilən 23 şübhəli həbs olunub, digər 2 nəfərin isə polis bölməsindəki saxlanılma prosesi davam edir.

Milli.Az


Tags:  Türkiyədə İŞİD üzvü olan azərbaycanlı tutuldu

RƏYLƏR


Top news