Putin: “Primakov “Ərəb baharı” haqqında xəbərdarlıq etmişdi”

Putin: “Primakov “Ərəb baharı” haqqında xəbərdarlıq etmişdi”
16:53 30 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

“Yaxın Şərqdə vəziyyətin nizama salınması yalnız bütün ölkələrin effektiv qarşılıqlı münasibətləri ilə mümkündür”.

Publika.az SİTA agentliynə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Ancaq hələlik belə qarşılıqlı münasibətlər yoxdur. Bu gün aydındır ki, beynəlxalq oyunçuların effektiv qarşılıqlı münasibətləri Yaxın Şərqdə vəziyyətin normallaşmasının vacib şərtidir. Terrorizmlə mübarizə üzrə geniş koalisiyasının formalaşması üzrə Rusiyanın təşəbbüsü reallaşdırılmalıdır. Təəssüf ki, hələlik belə bir koalisiya yaradılmayıb. Amma ona alternativ yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.

Putin xatırladıb ki, Yaxın Şərqdə inqilabların dağıdıcı nəticələri haqqında hələ Rusiyanın keçmiş baş naziri, sabiq xarici işlər naziri Yevgeni Primakov xəbərdarlıq edirdi: “Ərəb baharı”nın ilk illərində o, xəbərdarlıq edirdi ki, bu, Yaxın Şərq ölkələrində dünyəvi rejimlərin dağılmasına gətirib çıxara bilər. Təəssüf ki, Primakovun sözləri həyata keçdi. Təəssüf ki, Yaxın Şərq qanlı münaqişələr nəticəsində terrorizm və dini ekstremizmin mərkəzinə çevrildi”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR