Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məcburi köçkünün toy üçün təmir etdirdiyi evi yandı - FOTO

Məcburi köçkünün toy üçün təmir etdirdiyi evi yandı - FOTO

Date: 30 November 2016 17:05

Yevlax rayonunda yanğın baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Aran kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kənddə yaşayan, Laçın rayonundan olan məcburi köçkün Vəzirxan Novruzova məxsus ev yanıb. 

Toy üçün mənzili təmir edən ev sahibi işləri yekunlaşdırıb xalası evinə şam yeməyinə gedib. Zərərçəkənin qohumu Nicat İsmayılov isə təxminən 2 saat sonra yeni təmir olunan evə baxmaq üçün ora gəlib. Mənzilə daxil olub işığı yandıran zaman güclü partlayış baş verib. 

Hadisə zamanı N.İsmayılov müxtəlif dərəcəli yanıq xəsarətləri aldığından xəstəxanaya çatdırılıb. Mənzildə isə güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb, alovun digər evlərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünün dekabrın 8-də toy mərasimi olcaqmış. Hazırda ev yarasız vəziyyətdə olduğundan V.Novruzov qohumlarının evində qalır.
Hadisənin baş verməsinin səbəbləri araşdırlır.

Milli.Az










Tags:  Məcburi köçkünün toy təmir etdirdiyi evi yandı FOTO

RƏYLƏR


Top news