Neft bahalaşdı

Neft bahalaşdı
17:17 30 Noyabr 2016
168 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya bazarında "Brent" markalı neftin qiyməti bu gün 8,5% artaraq 51,4 dollar/barelə çatıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb bu dəqiqələrdə Vyanada (Avstriya) OPEC ölkələri arasında hasilatın azaldılması ilə bağlı keçirilən görüşün müsbət məcrada davam etməsidir. Belə ki, ən son məlumatlara əsasən, hazırda Vyanada əvvəl OPEC üzvləri arasında gündəlik neft hasilatının 1,2 mln. barel deyil, 1,4 mln. barel azaldılması məsələsi müzakirə olunur. Bu xəbər neft qiymətlərinin kəskin artmasına səbəb olub. 

Qeyd edək ki, İran və İraq kimi hasilatın azaldılmasına qarşı çıxan ölkələr də Vyana sammitində güzəştə getməyə razılaşıb. OPEC üzvü olmayan ölkələr arasında əsas neft hasilatçısı olan Rusiya da bu günə qədər hasilatın dondurulması tərəfdarı olduğunu vurğulasa da, bu gün geri addım ataraq hasilatı hətta azalda biləcəyini bildirib. 
"Report"un analitik qrupu Vyana sammitinin müsbət nəticələnməsi durumunda neft qiymətlərinin 53-55 dollar/barelə qədər artacağını, daha sonra ABŞ-da şist neft hasilatında gözlənilən artımla yenidən azalacağını və təxminən 45 dollar/bareldə tarazlanacağını proqnozlaşdırır: "Uzunmüddətli perspektivdə isə dünya iqtisadiyyatının yavaşlaması ilə neft qiymətlərinin 40 dollardan da aşağı düşəcəyi ehtimal edilir". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR