Gürcüstanda yanvarın 1-dən benzin bahalaşacaq

Gürcüstanda yanvarın 1-dən benzin bahalaşacaq
17:22 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.30 noyabr. REPORT.AZ/ Gürcüstanda 2017-ci il yanvarın 1-dən neft məhsulları üçün aksiz dərəcəsinin artırılması yanacağın 1 litrinin qiymətinin 0,20-0,25 lari (0,14-0,17 manat) yüksəlməsinə səbəb ola bilər.
“Report”un “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bldirib.
İlkin məlumata görə, 1 ton benzin üçün aksiz vergisinin dərəcəsi 250 laridən (171 manat) 500 lariyə (342 manat), 1 ton dizel üçün isə 150 laridən (103 manat) 400 lariyə (274 manat) qədər artacaq.
“Təbii olaraq, aksizin qaldırılması qiymətlərə təsir göstərəcək. Faktiki olaraq bu aksiz vergisi birbaşa məhsulun maya dəyərinə daxildir. O qalxanda, yanacaq da bahalaşır. Bizim hesablamalara görə, əgər benzin üçün aksiz 500 lari, dizel üçün 400 lari olarsa, yanacaqda 20-25 tetra (14-17 qəpik) bahalaşma olacaq”, - deyə o bildirib.
V.Mtvralaşvili hesab edir ki, aksizin artırılması neft məhsullarının idxalının həcminə təsit göstərməyəcək.
Qeyd edək ki, Gürcüstanda axırıncı dəfə yanacaq bir ay əvvəl 0,10 lari (0,07 manat) bahalaşıb. Bu isə dünya bazarında yanacağın qiymətinin artması ilə əlaqələndirilib. Hazırda ölkənin yanacaqdoldurma məntəqələrində "Super" (Ai-98) markalı benzinin 1 litrinin orta qiyməti 1,89-2,06 lari (1,29-1,41 manat), "Premium" (Ai-95) markalı benzinin 1 litrinin qiyməti 1,79-1,89 lari (1,23-1,29 manat), "Regular" (Ai-92) markalı benzinin 1 litrinin qiyməti 1,59-1,69 lari (1,09-1,16 manat), avrodizelin 1 litrinin qiyməti 1,64-1,85 lari (1,12-1,27 manat) , dizel yanacağının 1 litrinin qiyməti 1,62-1,69 lari (1,11-1,16 manat) təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/yanvarin-1-den-gurcustanda-benzin-bahalasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR