Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kremlin Donbas üçün xərclədiyi pulun məbləği açıqlandı – RƏSMİ

Kremlin Donbas üçün xərclədiyi pulun məbləği açıqlandı – RƏSMİ

Date: 30 November 2016 17:33

Rusiya Donbasın işğal edilmiş rayonlarında terrorçuların dəstəklənməsi üçün hər il milyardlarla dollar xərcləyir.

Publika.az xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Turçinov qeyd edib ki, Ukraynanın qiymətləndirməsinə görə, söhbət 6 milyard dollardan yuxarı məbləğdən gedir. “Bundan 3 milyardı işğal edilmiş ərazilərin maliyyə dəstəyinə, digər 3 milyardı isə hərbi xərclərə gedir”, - deyə Turçinov qeyd edib.

Aleksandr Turçinov həmçinin işğal edilmiş rayonlara istənilən dotasiyaların ayrılmasına qarşı çıxdığını vurğulayıb. Onun sözlərinə görə, azad olunana qədər bu ərazilər üçün məsuliyyəti Rusiya daşımalıdır.

Ömər Dağlı


Tags:  Kremlin Donbas xərclədiyi pulun məbləği açıqlandı RƏSMİ

RƏYLƏR


Top news