OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq

OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq
17:37 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ OPEC-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib. 
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib. 
Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanmışdır. 
Bununla da OPEC-in gündəlik hasilatı 32,5 mln. barelə endirilməsi qərara alınıb. Açıqlamanın ardından "Brent" markalı neftin qiyməti 50,8 dollar/barelə enib. Qiymətin 50 dollar/bareldə tarazlıq tapması gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-gundelik-neft-hasilatini-1-2-mln-barel-azaldacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR