Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Darvin bankası” yatağındakı özül əsaslı təmir edilib

“Darvin bankası” yatağındakı özül əsaslı təmir edilib

Date: 30 November 2016 17:37

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 600 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilib. Özülün 1 778 kv. metrlik hissəsi əsaslı təmir edilib, 40 ədəd möhkəmləndirici svay vurulub, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 6 ədəd minik yanalma meydançası hazırlanıb. 
Qeyd edək ki, meydançada aparılmış təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.


Tags:  Darvin bankası yatağındakı özül əsaslı təmir edilib

RƏYLƏR


Top news