Azərbaycan Belarus şirkəti ilə memorandum imzalayıb

Azərbaycan Belarus şirkəti ilə memorandum imzalayıb
17:47 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən "Bakutel 2016" sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarusun "Geoinformasiya İdarəetmə Sistemləri" Holdinqinin idarə edən şirkət - "AGAT İdarəetmə Sistemləri" ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Report" xəbər verir ki, innovasiya texnologiyaları və kadrların hazırlanması sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq bağlanan bu sənədi "AGAT İdarəetmə Sistemləri" ASC-nin direktorunun I müavini Dmitriy Qoryaçko və MHM-in direktoru Elnar Əsədov imzalayıblar. 
Beş il müddətində qüvvədə olacaq bu sazişə uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər arasında imkanların birləşdirilməsi, kadrların hazırlanması üçün zəruri infrastrukturun yaradılması, ölkələr arasında perspektivli innovasiya layihələrinin birgə inkişaf etdirilməsi və tətbiqi, avtomalaşdırılımış idarəetmə sistemləriminin hazırlanması və s. müddəalar icra ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycan-belarus-sirketi-ile-memorandum-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR