Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xızıda SÜRÜŞMƏ: Altıağaca gedən yol çökdü - FOTO

Xızıda SÜRÜŞMƏ: Altıağaca gedən yol çökdü - FOTO

Date: 30 November 2016 17:47

Xızı rayonunda sürüşmə baş verib. 

Milli.Az xəbər verir ki, Xızı Rayon İcra Hakimiyyətindən (RİH) report-a verilən məlumata görə, sürüşmə zamanı rayonun Altıağac kəndinə gedən yol çöküb. 

RİH-dən bildirilib ki, sürüşmə daha çox yolun 3-cü və 11-ci kilometrliklərində müşahidə olunub: "Sürüşmə nəticəsində yol bağlanmayıb, nəqliyyat vasitələri hərəkət edir. Amma yolda yaranan çətinliyi aradan qaldırmaq üçün əraziyə "Azəravtoyol"un yerli nümayəndələri cəlb edilib və yolda bərpa işləri aparılır. İlkin olaraq təbii fəlakətin güclü yağışlardan sonra meydana gəldiyi ehtimal edilir".

Milli.Az








Tags:  Xızıda SÜRÜŞMƏ Altıağaca gedən yol çökdü FOTO

RƏYLƏR


Top news