Nailə Mirməmmədli əsəbiləşdi: "Həmin adamı tapsam..."

Nailə Mirməmmədli əsəbiləşdi: "Həmin adamı tapsam..."
17:51 30 Noyabr 2016
543 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar incəsənət xadimi bəstəkar Nailə Mirməmmədlinin adından sosial şəbəkədə saxta profil açılıb.

Axşam.az-ın məlumatıan görə, bəstəkar N.Mirməmmədli bu hadisədən çox əsəbiləşdiyini bildirib:

"Bu gün xəbərdar olmuşam ki, İnstaqramda "Nailə Mirməmmədli" adında istifadəçi var. Diqqətlə fikir verib gördüm ki, hər dəqiqə paylaşımlar edilir. Elə çıxır ki, mənim işim-gücüm yoxdu, oturub, şəkillər paylaşıram. Həmin profili açan adamı axtarıram.

Tapsam, onu cəzalandıracam. Yox, fanatımdırsa, "çox sağ olsun" deyirəm, lazım deyil.  Mən "Facebook"dan da istifadə etmirəm. Yalnız "Whatsapp" dan istifadə edirəm. Ona da səbəb musiqilərimi o sosial şəbəkə vasitəsi göndərirəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR