Dollar ucuzlaşdı - Rusiyada

Dollar ucuzlaşdı - Rusiyada
17:52 30 Noyabr 2016
956 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiymətinin bu gün 8 faiz bahalaşması Rusiyada dolların məzənnəsinə təsir edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu gün Moskva birjasında dollar 1 rubla qədər ucuzlaşıb və 64,14 rubla düşüb. Avro da 1,07 rubl dəyər itirərək 68,24 rublda qərarlaşıb.

Türkiyədə isə əksinə, günə 3,41 lirə ilə başlayan dolların kursunda 0,56 faiz artım müşahidə edilib və hazırda 3,4274 lirəyə satılır.

İranda dolların hazırda valyutadəyişmə məntəqələrində satış qiyməti 3930 tüməndir.

Xatırladaq ki, hazırda OPEK-in Vyanada iclası keçirilir. Hasilatın dondurulması barədə razılıq əldə olunacağı təqdirdə neftin bahalaşacağı ehtimalı yüksəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR