AMB daha 50,117 mln. manatlıq not emissiyası yerləşdirib

AMB daha 50,117 mln. manatlıq not emissiyası yerləşdirib
17:52 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının 50100552S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" xəbər verir ki, hərrac zamanı iki investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 50 116 600 manat təşkil edib.
Sifarişlər 98,8472 manat (14,9945%) qiyməti ilə təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti AMB tərəfindən 98,8472 manat (14,9945%), ortaölçülmüş qiyməti 98,8472 manat (14,9945%) səviyyəsində müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi isə 50 116 600 manat məbləğində müəyyən edilib. Bu, emissiyanın 66,8%-nə bərabərdir.
Notların ödəmə tarixi 28 dekabr 2016-cı ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-daha-50-117-mln-manatliq-not-emissiyasi-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR