Rusiyanın yeni iqtisadi inkişaf nazirinin adı məlum oldu - Ən gənc nazir

Rusiyanın yeni iqtisadi inkişaf nazirinin adı məlum oldu -  Ən gənc nazir
17:57 30 Noyabr 2016
115 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin maliyyə nazirinin müavini Maksim Oreşkinə İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etməyi təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Oreşkin dövlət başçısının təklifini qəbul edib.

Beləliklə, 34 yaşlı M.Oreşkin cari Nazirlər Kabinetində ən gənc nazir olub.

O, 2015-ci ilin martından maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı ötən ay cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR